4 fevral 2012 20:49
İnter toplanışını heç-heçə ilə bitirdi (YENİLƏNİB)
Türkiyədə təlim-məşq toplanışında olan "İnter" bu gün qardaş ölkədə sonuncu - altıncı sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Kaxaber Tsxadadzenin yetirmələri bu dəfə Qazaxıstan təmsilçisi "Jetısu" ilə üz-üzə gəlib.
Görüş qolsuz heç-heçə ilə başa çatıb. Qeyd edək ki, "bankirlər"in bu gün öncədən Bolqarıstan "Ludogorets"i ilə qarşılaşacağı bildirilirdi. Lakin bəzi əvvəlki oyunlarda olduğu kimi, bu dəfə də rəqib son anda dəyişib.
Xatırladaq ki, paytaxt klubu Türkiyədəki ilk oyununda Almaniyanın ikinci Bundesliqa təmsilçisi "Karlsrue" komandasıyla qarşılaşmışdı - 1:3. Albaniyanın “Skenderbeu”, eləcə də Ukraynaın “Volın” klubları ilə görüşlər sülhlə başa çatmışdı – 0:0. Türkiyənin aşağı divizion təmsilçisi “Konya Şekerspor” ilə matçda isə 3:2, Avstriyanın “Sturm Graz” komandasıyla görüşdə isə 2:1 hesablı qələbə qeydə alınmışdı.
Yoxlama oyunu
4 fevral
İnter – Jetısu - 0:0 (0:0)
"İnter"in start heyəti: Georgi Lomaya, Arif Daşdəmirov, Vladimir Levin, Valeri Abdramidze, Peter Xrappan, Samir Zərgərov, Branislav Çervenka, Asif Məmmədov, Petar Zlatinov, Xəyal Mustafayev, Baçana Tsxadadze.
Oyun başladı
"İnter" daha üstün oyun sərgiləyir
Komandaların bir neçə təhlükəli qol vəziyyəti olsa da, fərqlənmək mümkün olmur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Matç yenə daha çox mərkəzdə cərayan edir
İlk yarıda olduğu kimi, komandaların cəhdləri o qədər də uğurlu alınmır
Matçın sonlarında "bankirlər" iki real qol vəziyyəti yaratsa da, bundan yararlanan tapılmır
Matç başa çatdı
