4 fevral 2012 02:18
Joze Alesio: Biz heç vaxt belə oynamamışıq
Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio da Silva AÇ-2012-nin qrup mərhələsi çərçivəsində keçirilmiş sonuncu – Serbiya ilə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, braziliyalı mütəxəssis komandamızın məğlubiyyəti (8:9) ilə bağlı bunları dilə gətirib.
"Bizə qələbə qazanmaq vacib idi. Risk edirdik. Ancaq etiraf edim ki, belə nəticəni gözləmirdim", deyə Alesio sözə başlayıb.
Məşqçinin sözlərinə görə o, bir oyunda bu qədər qol buraxmqlarından narazı qalıb: "Qapımıza vurulan birinci qol xüsusi ilə səfeh alındı. Mənim komandam bir oyunda ümumiyyətlə bu qədər qol buraxmayıb və biz hətta heç vaxt belə oynamamışıq".
Görüşü idarə edən hakimllərə gəlincə Alesio buna da fikrini bildirib: "Mən oyunun hakimlərinin işini şərh etməyi sevmirəm. Ancaq bu gün hakim çox səhvlər buraxdı. Düzdü, hakim bizə qərəzlik etdi. Ancaq digər tərəfdən özümüz də xeyli səhv buraxdıq".
"İki il qabaq biz daha hazırlıqlı idik. AÇ-2010-dan sonra Serjao, Tyaqo başqa çempionatlarda oynamağa getdilər və "Araz" baza klubu kimi əhəmiyyətini itirdi. Avronun bütün iştirakçları gücləndilər. Biz isə əksinə, nisbətən zəif oynamağa başladıq. Bu haqda düşünmək lazımdı. Çünki işlər belə gedə bilməz" - deyə Alesio bildirib.
O, həmçinin millinin azarkeşlərinə də minnətdarlığını bildirib: "Bütün stadion bizə görə həyəcan keçirirdi. Azərbaycan yığmasını dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Biz Serbiyanı məğlub edərək onlara hədiyyə etməyi çox istəyirdik".
Qeyd edək ki, Serbiyadan alınan məğlubiyyət Azərbaycanı turnirdən kənarda qoydu.
