4 fevral 2012 21:08
Jaba Superliqadakı debüt matçında qələbə qazandı
“Bakı”dan “Antalyaspor”a transfer olunan Jaba Türkiyə Superliqasında debüt edib. Azerisport.az xəbər verir ki, braziliyalı futbolçu “Trabzonspor”la matçda meydana çıxıb.
“Antalyaspor”un baş məşqçisi Jabaya start heyətində şans verib. Braziliyalı futbolçu 62 dəqiqə oynayıb və Mehmet Yılmaz tərəfindən əvəzlənib.
Oyuna gəlincə, “Antalyaspor” 2:1 hesablı qələbə qazanıb. Antalya təmsilçisinin heyətində Mehmet Eren və Tita (penalti) fərqlənib. “Trabzonspor”un qoluna isə Mustafa Yumlu imza atıb.
