4 fevral 2012 11:36
Qarabağ vətənə dönür
Türkiyədəki təlim-məşq toplanışını bitirən “Qarabağ” vətənə dönür. Azerisport.az xəbər verir ki, ötən gün Gürcüstanın “VİT Georgia” klubunu 3:1 məğlub edərək 21 günlük təlim-məşq toplanışını başa vuran komanda hazırlıqlarını tamamlayıb.
Ağdam klubu bu gün Antalyadan ayrılaraq Antalya-İstanbul-Bakı reysiylə vətənə yollanır. Komanda üzvləri elə bu gün vətənə çatmalıdı.
