4 fevral 2012 00:17
Afrika Millətlər Kuboku matçlarında bir dəqiqəlik sükut elan ediləcək
Afrika Millətlər Kubokunun 1/4 final mərhələsinin bütün görüşləri bir dəqiqəlik sükutla başlayacaq. Azerisport.az xəbər verir ki, Afrika Futbol Konfederasiyası belə bir qərarı Misir çempionatının “Əl-Məsri” - “Əl-Əhli” matçından sonra baş vermiş faciəli hadisələrə görə qəbul edib.
Odu ki, fevralın 4-5-də keçiriləcək oyunlardan əvvəl stadionlarda bir dəqiqəlik sükut hökm sürəcək. Konfederasiya həmin görüşdən sonra azarkeşlər arasında baş vermiş iğtişaşlarda 74 adamın həlak olmasına, təxminən 300 adamın yaralanmasına biganə qala bilmədiyi üçün belə bir addımı atmağı lazım bilib.
Qeyd edək ki, bu səbəbdən Misirdə də üçgünlük matəm elan edilib.
