4 fevral 2012 21:12
Bakı son oyununda da uduzdu (YENİLƏNİB)
Türkiyədəki təlim-məşq toplanışını davam etdirən “Bakı” bu gün qardaş ölkədə növbəti yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, Aleksandr Starkovun yetirmələri bu dəfə Slovakiyanın “Koşitse” klubu ilə üz-üzə gəlib.
Qarşılaşmanın ilk yarısında tərəflər bir qol vurmağa nail olublar. Lakin fasilədən sonra Slovakiya klubu daha iki top vurmaqla, qələbəsini rəsmiləşdirib. Beləcə, "Bakı" Antalyadakı son sınaq matçında da uduzub.
Qeyd edək ki, “zolaqlılar” Antalyadakı ilk sınaq matçında Hollandiya çempionatının lideri “AZ Alkmaar”la üz-üzə gəlmişdilər - 1:5. Elə Almaniyanın birinci liqa təmsilçisi “İngolstadt 04” klubu ilə qarşılaşmada da “Bakı” 4 cavabsız qolla yenilmişdi. Rumıniyanın "Panduri" klubu ilə dueldə 0:1, Belarusun "Dinamo" (Minsk) klubu ilə görüşdə 2:3, Ukraynanın “Arsenal” (Kiyev) komandasıyla matçda 1:2 hesablı yenilgilər qeydə alınmışdı.
Yoxlama oyunu
4 fevral
Bakı - Koşitse - 1:3 (1:1)
"Bakı"nın start heyəti: Marko Şarliya, Denis İvanov, Xavyer Junior, Nenad Kovaçeviç, Novruz Məmmədov, Mario Lukaş Horvat, Elvin Məmmədov, Cəmşid Məhərrəmov, Şəhriyar Əliyev, Maris Verpakovski, Uinston Parks.
Oyun başladı
Juninyonun zərbəsini qapıçı dəf edir
Oyun daha çox mərkəzdə keçir
18-ci dəqiqədə slovaklar gözəl qolla hesabı açırla - 0:1
Parksın zərbəsini qapıçı dəf edir. Top Elvinə düşsə də, o, qapıya dəqiq zərbə endirə bilmir
Şarliya komandasını qoldan xilas edir
31. Bir qədər əvvəlki vəziyyətin təkrarı: Yenə Parksın zərbəsini qapıçı dəf etsə də, Elvinin təkrar cəhdi qol gətirir - 1:1
"Koşitse"nin çox təhlükəli hücumu zamanı Şarliya sayıq oynayır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"Bakı" ikinci hissəyə də fəal başlayıb
Juniorun baş zərbəsində azacıq dəqiqlik çatışmır
Rəqib qapıçı Elvinin dublunu rəsmiləşdirməsinə mane olur
67. "Koşitse" yenidən hesabda önə keçir - 1:2
"Bakı"nın hücumları bəhrəsizdi
81. "Koşitse" "Bakı"nın qapısına daha bir qol vurur - 1:3
"Bakı" hücuma atılsa da, heç nəyə nail ola bilmir
Oyun başa çatdı
