5 fevral 2012 13:01
Sumqayıt Neftçinin futbolçusunu transfer etdi
AFFA-nın təşkil etdiyi U-17 Liqasının ikinci dövrəsinə hazırlaşan “Sumqayıt” Futbol Klubunun 17 yaşadək futbolçulardan ibarət komandası gündə iki dəfə olmaqla məşqlərini davam etdirir. Azerisport.az xəbər verir ki, Tağı Məmmədovun rəhbərlik etdiyi komanda 4 futbolçu ilə güclənib.
“Neftçi PFK”dan Camal Məmmədov, “Rəvan”dan Tamerlan Səfərli, “Neftçi İSM”dən Vüsal Mailov və “Siyəzən”dən isə Elmar Ağarzayev bundan sonra “Sumqayıt”ın formasını geyinəcək.
