5 fevral 2012 13:17
Aleksandr Starkov: Nəticə meydandakı oyunu əks etdirmir
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov Türkiyə toplanışı çərçivəsində Slovakiya “Koşitse”sinə qarşı keçirdikləri sonuncu yoxlama matçını şərh edib. Azerisport.az xəbər verir ki, latviyalı mütəxəssis “zolaqlılar”ın 1:3 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“Mənə elə gəlir ki, görüşün nəticəsi meydandakı mübarizəni tam əks etdirmir. Futbol çox acımasız oyunu – o ələ düşən şansları qaçırmağı bağışlamır. Digər tərəfdən, biz çoxlu qol epizodları yaratdıq. Oyunçular da özlərini yaxşı tərəfdən göstərdilər. Amma yenə də qollar buraxdıq ki, bu, bir qədər üzücüdü”. (fcBTv)