5 fevral 2012 01:11
Afrika Millətlər Kuboku: Darmadağınla yarımfinala
Afrika Millətlər Kubokunda pley-off mərhələsinin oyunları keçirilir. Azerisport.az xəbər verir ki, Qabon və Ekvatorial Qvineyanın birgə ev sahibliyi etdiyi turnirin 1/4 final mərhələsinin ilk oyun günündə iki görüş baş tutub.
Öncə meydana Zambiya və Sudan yığmaları çıxıb. Rəqibindən daha üstün olan zambiyalılar 3 cavabsız qol vuraraq, yarımfinala adlayan ilk komanda ünvanına yiyələniblər.
Günün digər matçı isə turnirin əsas favoritlərindən olan Fil Dişi Sahili ilə ev sahibi Ekvatorial Qvineya arasında keçirilib. Meydan sahiblərinin bu görüşdə sensasiya edəcəyinə ümid bəslənilsə də, Droqba və komanda yoldaşları buna imkan verməyiblər. Beləcə, ikinci yarımfinalçı da məhz Fil Dişi Sahili olub.
Qeyd edək ki, bu dəfəki Afrika Millətlər Kubokunda 16 komanda 4 qrupda mübarizə aparırdı. Lakin qrup mərhələsindən sonra onların yarısı mübarizəni dayandırmalı oldu. Turnirin finalı fevralın 12-də baş tutacaq.
Afrika Millətlər Kuboku
1/4 final
4 fevral
Zambiya – Sudan – 3:0
Qollar: Sunzu, 15, Katonqo, 66, Çamanqa, 86.
Fil Dişi Sahili – Ekvatorial Qvineya – 3:0
Qollar: Droqba, 36; 69, Y.Ture, 81.
Matçın 29-cu dəqiqəsində Droqba penaltidən yararlana bilməyib
Bu gün 1/4 final mərhələsi çərçivəsində daha iki oyun keçiriləcək: Qana – Tunis, Qabon – Mali.
