5 fevral 2012 01:51
Sumqayıt - Rəvan matçı yenə baş tutmadı
“Sumqayıt”la “Rəvan” arasında baş tutmalı olan yoldaşlıq oyunu növbəti dəfə təxirə salınıb. Azerisport.az xəbər verir ki, əvvəlcə fevralın 3-nə təyin olunan, sonradan ayın 4-ə keçirilən qarşılaşma yenə baş tutmayıb.
Buna əlverişsiz hava şəraiti səbəb olub. Qarşılaşmanın bu gün keçirilməsi nəzərdə tutulub. Matçı “Şəfa” stadionunda baş tutacaq və saat 14:00-da start götürəcək.
Bu arada “Sumqayıt”la “Rəvan”ın əvəzediciləri heyətləri arasında da yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Həmin matç da bu gün baş tutacaq.
