5 fevral 2012 21:20
Araz Abdullayev oynamadı, Panionios məğlub oldu (YENİLƏNİB)
Bu gün futbol üzrə Yunanıstan Superliqasında 20-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət millisinin yarımmüdafiəçisi Araz Abdullayevin şərəfini qoruduğu “Panionios” səfərdə AEK ilə qarşılaşıb.
Qeyd edək ki, bu oyun öncəsi “Panionios” 22 xalla 9-cu pillədə qərarlaşmışdı. AEK isə 34 xalla 4-cüydü. Bu üzdən Abdullayevin komandasını heç də asan oyun gözləmirdi. Gözlənildiyi kimi, AEK rəqibinə heç bir şans verməyib və minimal hesabla qələbə qazanıb.
Son oyunda forma geyməyən Arazın bu dəfə hansı aqibəti yaşayacağı maraq doğururdu. Baş məşqçi futbolçumuzu ehtiyatda saxlayıb.
Yunanıstan Superliqası
20-ci tur
5 fevral
5 fevral
AEK – Panionios - 1:0 (1:0)
Qol: Kafes, 27.
