5 fevral 2012 14:18
Azərbaycan AÇ-yə ev sahibliyi edə bilər
Azərbaycanda futbol üzrə Avropa çempionatı keçirilə bilər. Azerisport.az xəbər verir ki, belə bir iddia ilə Avstriya mətbuatı çıxış edib.
Sözügedən ölkə KİV-i iddia edir ki, Azərbaycan gənclər arasında 2015-ci ildə keçiriləcək qitə çempionatını keçirməyə namizədlərdən biridi. Azərbaycanla yanaşı namizədlər arasında Avstriya, Macarıstan, Yunanıstan, Uels, Rusiya və Portuqaliya da var.
Avstriyalılar bu ölkələr arasında daha çox Uels və Portuqaliyanı şanslı sayırlar. Bu mənada ən az şansı olan ölkələr kimi isə maliyyə böhranı yaşayan Yunanıstan və Macarıstan göstərilib.
