5 fevral 2012 14:58

“Azərbaycana reklam yox, futbol lazımdı”

“Kəpəz”in yarımmüdafiəçisi Ceyhun Sultanov azerisport.az saytına müsahibəsində komandasının Türkiyə toplanışından, mövsümün qalan hissəsinə hazırlığından, eləcə də şanslarından danışıb.
 
- Toplanış necə keçdi?
- Hər şey yaxşı alındı. Üç yoxlama oyunu keçirdik, ikisini qazandıq. İki qol vurdum. Odu ki, razıyam.
 
- “Atırau” və “Qurnik”i yendiyiniz halda, Moskva “Spartak”ının gəncləri ilə bacarmadınız...
- Siz inanmazsız ki, o gənclər necə sürətli oyun sərgiləyirdilər. Biz onlarla ayaqlaşa bilmirdik.
 
- “Kəpəz”in heyətinə baxanda, yalnız bir yeni futbolçu görmək olar – İvan Arabacı...
- Moldovalı futbolçu özünü yaxşı tərəfdən göstərməyi bacardı. Ola bilsin ki, bizə qoşulsun. Son söz baş məşqçinindi.

- Yeri gəlmişkən, bunu necə izah edərdiniz? Digər iddialı Azərbaycan klubları Antalyada çox uğursuz çıxış etdiyi halda, 10-cu yerdə gedən “Kəpəz” daha yaxşı oyun keçirdi, nəticələr qazandı...
- Komandamız artıq qələbə qazanmağa başlayıb. Özü də biz elə meydançalarda oynayırdıq ki, söz ola bilməzdi. Əfsuslar olsun ki, Azərbaycanda belə meydançalar yoxdu.
 
- “Kəpəz”in bir ay öncə dağılması gündəmdə idi...
- Bütün problemlər həllini tapıb. Maaşlarımızı vaxtında alırıq. Klubun heç bir futbolçuya borcu yoxdu. Hamı artıq komandanın Premyer Liqadakı çıxışını davam etdirəcəyini bilir. Bizim üçün əsas problem odu ki, komanda ilk altılığa düşə bilməyəcək. Fərq çox böyükdü və bu üzdən artıq növbəti mövsümü düşünmək olar.
 
- Sizcə, ilk altılığa hansı komandalar düşəcəklər?
- “Neftçi”, “İnter”, “Xəzər Lənkəran”, “Qarabağ” və “Bakı” ilk altılıqdadı. Sual altında qalan “Qəbələ” və AZAL-dı. “Simurq”la bizim də şansımız vardı. Amma bunu əldən verdik. “Kəpəz” elə oyunlarda xallar itirdi ki, indi heç o haqda düşünmək də istəmirsən.
 
- Sizin iş yerinizi dəyişmək variantınız olsa da, qalmağa üstünlük verdiniz...
- Mən həmişə komandam haqda düşünmüşəm. Müqaviləmin başa çatmasına altı ay qalır. Komandanı tərk etməyə də hazırlaşmıram. Sadəcə, “Kəpəz” fəaliyyətini dayandırmaq istəyəndə, digər komandalardan biriylə danışıqlarımız oldu. Futbolsuz qalmaq istəmirdim. Sizə düzünü deyim: yalnız AZAL-la danışıqlar aparırdım. Amma heç müqavilənin detallarını da razılaşdırmamışdıq. Az sonra “Kəpəz”in yaşayacağı məlum oldu və hər şey elə də qaldı. Yayda ola bilər ki, klubu tərk edim.
 
- Bakıya qayıtmaq istəyirsiz? Gəncədə oynamaq çətindi?
- Gəncədə oynamaq xoşdu. Futbolçuların əksəri Bakıda yaşamaq, oynamaq istəyirlər. Amma Gəncədə tam fərqli atmosfer var. Burda komandanı dəstəkləyirlər, çoxlu azarkeşimiz var. Azarkeşlər daim stadiona gəlirlər, bizi dəstəksiz qoymurlar. Nə vaxt qələbə qazanırıq, tərifləyirlər, məğlub oluruq, tənqid edirlər. Bu dəstək əksər klublarımzda yoxdu. Klubumu dəyişməyə gəlincə, mən həmişə qarşısına yüksək hədəflər qoyan komandalarda oynamaq istəmişəm. Çempionluq, kubok, avrokuboklara vəsiqə uğrunda mübarizə aparmışam. İndi ikinci altılıqda oynayacağımı düşünəndə mənə ağır gəlir. Çünki orda heç bir intriqa yoxdu. Belə oyunlara psixoloji cəhətdən də hazırlaşmaq çox çətindi.
 
- Legioner limiti barədə gedən müzakirələrə münasibətiniz necədi?
- Mən limitin azaldılmasının tərəfdarıyam. Qoy öncə 7+4 olsun, sonra da 6+5 edərik. Əksər klublarımız puldan reklam kimi istifadə edirlər. Qoy 16-17 yaşlı uşaqlarımız oynasınlar. Axı bizim gələcəyimiz onlardı. Klublarımız onlarla indi uduza bilərlər, amma gələcəkdə etibarlı əldə olacaqlar. Amma Azərbaycana sadəcə adı qalmış legionerləri gətirirlər, onlardan da bir fayda yox. Çoxları bir mövsüm oynayır, ikinci mövsüm qiymətini artırmaq istəyir.
 
- Amma bizə yaxşı legionerlər də gəlir...
- Mənə daha çox Flavinyo və Parksın oyunu xoşdu. Jaba sadəcə bir mövsüm oynadı. Emil Mpenzanın transferi sırf reklam xarakterli idi. İndi Azərbaycanı bütün dünyada tanıyırlar. Bizə reklam yox, futbol lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.