6 fevral 2012 01:08
Fransa çempionatında daha iki oyun təxirə salındı
Avropa ölkələrini cənginə alan qar futbol üzrə Fransa çempionatına növbəti zərbələrini vurub. Azerisport.az xəbər verir ki, sözügedən ölkə çempionatının 22-ci turununun daha iki oyunu təxirə salınıb.
Qeyd edək ki, Fransa çempionatında öncə şənbə gün keçirilməli olan “Saint-Etienne” – “Lorient” görüşü baş tutmamışdı. Bu, Sent-Etyen şəhərinə yağan qar və burdakı kəskin şaxtalar nəticəsində belə alınmışdı.
Bazar günü daha iki qarşılaşma eyni səbəbdən təxirə salınıb. Belə ki, Fransa Futbol Federasiyası “Caen” – “Auxerre” və “Sochaux” – “Lille” matçlarının da başqa vaxta keçirilməsinə qərar verib.
Xatırladaq ki, eyni səbəblərdən Avropanın digər aparıcı ölkə çempionatlarında da oxşar təxirəsalmalar var.
