6 fevral 2012 12:43
Azərbaycanlı hakim dünya Qran-prisində baş hakim olacaq
Fevralın 17-dən 19-dək Rusiyanın paytaxtı Moskvada EBSC – çimərlik futbolu üzrə Avropa kubokunun final mərhələsinin oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, çimərlik futbolu üzrə FİFA referisi Əfqan Həmzəyev turnirə təyinat alıb.
Xatırladaq ki, Əfqan Həmzəyev Rusiyada keçiriləcək daha bir beynəlxalq turnirdə – fevralın 23-dən 27-dək Sankt-Peterburq şəhərində təşkil olunacaq FİFA klublararası dünya Qran-prisində də iştirak edəcək. Ə.Həmzəyev turnirin baş hakimi olacaq.
