6 fevral 2012 12:51
Azərbaycan İran yığması ilə yoldaşlıq oyunu keçirəcək
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İranın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, sözügedən komandalar bir yox, iki qarşılaşma keçirəcəklər. Görüşlər fevralın 27-də və 29-da Şağan Olimpiya İdman Kompleksində baş tutacaq. Hər iki oyun saat 15:30-da başlayacaq.
