6 fevral 2012 13:48
Dodo: Azərbaycanda legionerlərin sayını azaltmaq lazımdı
“Qəbələ”nin yarımmüdafiəçisi Dodo azerisport.az saytına müsahibəsində komandasının Türkiyə toplanışından, eləcə də mövsümlə bağlı gözləntilərindən danışıb.
- Antalya toplanışınız necə keçdi?
- Bizə elə yaxşı şərait yaradılmışdı ki, futbolçulara ancaq yaxşı hazırlaşmaq qalırdı.

- Məşqlər zamanı sizin şən zarafatlarınız bütün komandanı əyləndirirdi...
- Hər bir komandada buna ehtiyac var. Bizim komandada da bu vəzifə mənim üstümə düşür (gülür). Mən elə bir ölkədən (Braziliya) gəlmişəm ki, orda rəqs etməyi, əylənməyi çox sevirlər. Mən xüsusi nəsə etmirəm. Sadəcə, bunu həmişə və hər yerdə etdiyim üçün, burda da belə alınır.
- Eyni zamanda sizi çoxları “Qəbələ”nin heyətində ən yaxşılardan hesab edir. Siz də belə düşünürsüz?
- Həqiqətən elədi. Altı qol vurmağa nail oldum, bir neçə qolun ötürməsini verdim, rəqib qapılarına çoxlu zərbələr vurmuşam. Amma bütün bunlara komanda yoldaşlarım olmadan çətin ki, nail ola bilərdim.

- Daha yaxşısını da gözləmək olar?
- Fikrimcə, mövsümün qalan dövründə daha yaxşı çıxış edəcəyəm. Axı indi bütün rəqiblərimizi yaxşı tanıyıram və bilirəm ki, nəyə qadirdilər. Eyni zamanda onlara qarşı necə oynamaq lazım gəldiyini də bilirəm. Hələ nəyə qadir olduğumu tam göstərməmişəm.

- Çox arxayın danışırsız. Görünür, Azərbaycan çempionatı çıxış etdiyiniz birinciliklər arasında ən zəifidi?
- Mən bu çempionatı zəif adlandırmazdım. Amma inkişafa ehtiyac duyulan məqamlar var. Əgər səviyyə aşağı olsaydı, onda “Qəbələ” birinci pillədə olardı. Mən karyeramda çox şey görmüşəm. Amma heç cür gözləməzdim ki, Azərbaycanda “Qarabağ” kimi komanda var. Onlar “Barcelona” kimi oynayırlar.

- Yəqin ki, məhz onlara qarşı oynamaq sizə çox çətin olub?
- Bu komandaya qarşı oynamaq çox çətindi. Birinci dövrədə biz onları səfərdə minimal hesabla məğlub etmişdik. Amma mən təsəvvür edə bilmirdim ki, Azərbaycanda elə futbol oynayarlar.

- Artıq altı qol vurmusuz. Daha neçəsini vurmaq istərdiz?
- Daha beş qol. İlk mövsüm üçün 11 qol – yaxşı nəticədi. Bu qolları “Neftçi”yə, “Xəzər Lənkəran”a, “İnter”ə, “Qarabağ”a və “Bakı”ya vurmaq istəyirəm.

- Yaxın zamanda Premyer Liqada legioner limiti aşağı salınacaq. Sizin buna münasibətiniz necədi?
- Bu, Azərbaycan futbolunun xeyrinə işləyəcək. Yerlilər daha çox oyun vaxtı qazanmış olacaqlar. Bundan həm də yığma komanda qazanmış olacaq. Azərbaycanda legionerlərin sayını azaltmaq lazımdı.