6 fevral 2012 13:57
Qəbələ Kəpəzlə oyuna itkilərlə hazırlaşır
Antalya toplanışından sonra iki günlük istirahətə buraxılan "Qəbələ" bu gündən doğma məkanda futbol üzrə Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində keçiriləcək “Kəpəz” matçının hazırlıqlarını davam etdirəcək. Azerisport.az xəbər verir ki, Qəbələdə təbii ot örtüklü meydançaların qar altında qalması səbəbindən məşqlər süni örtüklü meydançada baş tutacaq.
Toplanışda müalicələri davam edən Vurğun Hüseynov və Rövşən Əmiraslanov iştirak etməyəcək. Oğlu dünyaya gələn və bu münasibətlə İngiltərədə olan Deon Bartonun isə sabahdan məşqlərə qatılması gözlənilir.
