6 fevral 2012 15:11

Bernard Lippert: Millidən sürprizlər gözləyin

Futbol üzrə Azərbaycanın gənclərdən ibarət yığmasının baş məşqçisi Bernard Lippert komandamızın Türkiyə toplanışını dəyərləndirib. Almaniyalı mütəxəssis azerisport.az saytına müsahibəsində öncə bunları dilə gətirib:

“Biz bu toplanış dövründə müdafiə və hücumdakı taktiki strategiyalarımız üzərində işlədik. Komandamız yeni olsa da, xətlər arasındakı anlaşma səviyyəsini yaxşılaşdırmağa nail olduq. Son üç ildə mən komandaya 15 futbolçu gətirmişəm. Artıq nəticələrimiz də yaxşılaşır”.
 
Almaniyalı baş məşqçi bəzi futbolçuların gənclərdən ibarət millini gücləndirdiklərini desə də, kimisə xüsusi vurğulamaq istəmədi: “Mən Türkiyə toplanışına Premyer Liqada top qovan futbolçuları çağırmamışdım. Əsas məqsədimiz 10 yeni futbolçunu sınaqdan keçirmək idi. Heç kimi xüsusi qeyd etmək istəmirəm. Çünki bu, digərlərinə münasibətdə düzgün çıxmazdı. Gələcəkdə bu futbolçuların hamısı yığmaya faydalı ola bilərlər. Amma üçünü gənclər yığmasına çağıracağımız dəqiqdi”.
 
Lippert fevralın sonunda baş tutacaq DÇ-nin seçmə mərhələsinin İslandiya ilə oyunu öncəsi nikbindi: “Fikrimcə, yığmanın son oyunlarında müsbət nəticələr qeydə alınmaqdadı. Necə də olmasa, Macarıstana uduzmadıq (1:1). Norveç klubu ilə sülh (0:0) bağladıq. İndi bizi İslandiya ilə oyun gözləyir. Düşünürəm ki, şanslar bərabərdi. Hər iki komanda qələbə qazana bilər. Amma onu da qeyd etməliyəm ki, sonuncu seçmə mərhələdə islandlar çox yaxşı təsir bağışlamışdılar. Rəqibi analiz edəcəyik. Gənclər yığmasından sürprizlər gözləyin”.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.