6 fevral 2012 15:44
21-ci əsrin ən yaxşı məşqçiləri müəyyənləşdi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrin ən yaxşı baş məşqçilərinin siyahısını tərtib edib. Azerisport.az xəbər verir ki, yeni əsrin ən yaxşısı şotlandiyalı Ser Aleks Ferqyusson olub.
İngiltərənin “Manchester United” klubunun canlı əfsanəsi ikinci siradakı Arsen Vengeri cəmi 1 xal qabaqlayıb. Onları hazırda Madrid “Real”ını çalışdıran Joze Mourinyo izləyir.
Bütövlükdə, 190 məşqçinin yer aldığı siyahıda Azərbaycan millisinin almaniyalı baş məşqçisi Berti Foqts düşməyib.
1. Ser Aleks Ferqyusson
2. Arsen Venger
3. Joze Mourinyo
4. Fabio Kapello
5. Quus Hiddink
6. Karlo Ançelotti
7. Visente del Boske
8. Marselo Byelsa
9. Luis Felipe Skolari
10. Rafael Benites
11. Marselo Lippi
12. Frank Raykaard
13. Sven-Yoran Erikson
14. Karel Brükner
15. Yoahim Löv
16. Karlos Alberto Pereyra
17. Otmar Hitsfeld
18. Karlos Dunqa
19. Roberto Mansini
20. Otto Rehagel
...22. Pep Qvardiola
28. Feliks Maqat
34. Mirça Luçesku
51. Şenol Güneş
73. Fatih Terim
