6 fevral 2012 16:55
Flavinyo Neftçinin düşərgəsinə qayıtdı
Antalya hazırlıqlarını başa vuraraq vətənə dönən "Neftçi" sabahdan etibarən məşqlərini bərpa edəcək. Azerisport.az xəbər verir ki, Türkiyə təlimlərindən sonra 2 günlük istirahətə buraxılmış komandanın sabahkı məşqi klubun bazasında baş tutacaq.
Ailə problemləri ilə əlaqədar Braziliyaya yollanmış Flavinyo da məşqdə iştirak edəcək. Qeyd edək ki, "Neftçi" həftə sonu Premyer Liqanın 19-cu turu çərçivəsində növbəti oyununu keçirəcək. Flaqman səfərdə "Bakı" klubu ilə qarşılaşacaq.
