6 fevral 2012 17:18
Jaba: Bakıda ehtiyatda qala bilməzdim
“Bakı”nın sabiq hücumçusu Jaba Türkiyənin “Antalyaspor” klubuna keçidi ilə bağlı azerisport.az saytının suallarını cavablandırıb.
- Hazırda Bakıdasız. Əgər sirr deyilsə, paytaxtımıza qayıdışınızın səbəbi nədi?
- Mən bura bəzi əşyalarımı toplamağa və “Bakı”nın prezidenti Hafiz Məmmədovla vidalaşmağa gəlmişdim.

- Siz niyə “Antalyaspor” variantını seçdiniz, Azərbaycanda oynamağa davam etmək istəmədiz?
- Mənim həqiqətən burda qalmaq variantlarım var idi. Amma Türkiyəyə qayıtmağa üstünlük verdim. Çünki təklifdə xoşuma gəlməyən heç bir məqam yox idi. Bu işdə yardımçı olan menecer də məni yaxşı tanıyırdı.

- Maliyyə tərəfini üstün tutdunuz?
- Xeyr. Əksinə, pul mənim üçün heç vaxt önəmli rol oynamayıb. Oyun təcrübəsi – birinci yerdə gedən məqam məhz bu idi.

- Artıq “Trabzonspor”a qarşı oyunda debüt etməyə də imkan tapmısız...
- Məni elə ilk oyundan start heyətində meydana buraxmaları forma toplamağıma kömək etmək istəmələrindən xəbər verir. Mənə hələ vaxt lazımdı ki, əvvəlki səviyyəmə qayıda bilim. Amma əminəm ki, “Antalyaspor” karyeram daha uğurlu alınacaq.
- Bəs sizcə, “Bakı” karyeranız niyə alınmadı?
- Komandanın baş məşqçisi Aleksandr Starkov hesab edirdi ki, mən əsas heyətdə oynamamalıyam. İndi artıq “Bakı” yoxdu. Keçmiş komandama uğurlar arzulayıram. Kim bilir, bəlkə nə vaxtsa yenə bu komandanın formasını geydim.

- Starkov sizin əvəzedicilərdən ibarət komandada oynamağınızı istəyirdi?
- Bəli. Amma orda oynamaq mənə xoş deyildi. Mən ehtiyatda otura bilməzdim. Əgər problem məndə idisə, buraxmaq olardı. Yeni aldığım təklif də yerinə düşdü. İndi sadəcə onu istərdim ki, “Bakı” çempion olsun. Bu komanda mənim üçün çox qiymətlidi.

- Sizcə, qış transferləri “Bakı”nın çempion olmasına kömək edə biləcəklər?
- Bu, çox çətin olacaq. İstənilən halda “Neftçi”, “İnter” və “Xəzər Lənkəran” çox güclü təsir bağışlayır. “Qarabağ”ı da unutmaq olmaz. Amma yenə də mən “Bakı”ya azarkeşlik edəcəm.