6 fevral 2012 17:36
Neftçinin forvardı Cənubi Koreya və Yaponiyaya qarşı
"Neftçi" klubunun hücumçusu Bahodir Nasimov növbəti dəfə Özbəkistan millisinə dəvət alıb. Azerisport.az xəbər verir ki, adı çəkilən ölkənin komandası 2014-cü ildə keçiriləcək Dünya çempionatının seçmə qrup mərhələsində mübarizə aparacaq.
Özbəkistan seçməsi 25 fevral tarixində Cənubi Koreya millisi ilə yoxlama oyunu keçirəcək. Bundan 4 gün sonra isə Bahodir Nasimovun şərəfini qoruduğu yığma komanda Yaponiya millisi ilə qarşılaşacaq.
