6 fevral 2012 18:09
Sevilla baş məşqçisini qovdu
Futbol üzrə İspaniya La Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib. Azerisport.az xəbər verir ki, “Sevilla” rəhbərliyi baş məşqçi Marselino Qarsiya Torala qapını göstərib.
Buna sözügedən komandanın çox uğursuz çıxışı səbəb olub. Geridən qalan 21 turda cəmi 26 xal toplayaraq, hazırda 11-ci sırada qərarlaşan komandanın nəticələri rəhbərliyi qane etmədiyindən, sözügedən mütəxəssisin qovulmasına qərar verilib.
Qeyd edək ki, “Sevilla” son 7 matçında cəmi 2 xal toplaya bilmişdi. Son turda doğma meydanda “Villareal”la qarşılaşmada alınan 1:2 hesablı yenilgi Marselino üçün son olub.
Xatırladaq ki, əslində 46 yaşlı mütəxəssisin “Sevilla” macərası çox yaxşı başlamışdı. Belə ki, komanda ilk 9 turda məğlub olmamışdı. Lakin sonrada ciddi dönüş yarandı ki, nəticədə komanda baş məşqçisiylə yollarını ayırmalı oldu. Hələlik, klub rəhbərliyinin Marselinonu kimlə əvəzləyəcəyi dəqiqləşməyib.
