6 fevral 2012 18:20
Millimizin Hindistanla oyununun başlama vaxtı bəlli oldu
Azərbaycan milli komandasının Hindistan yığması ilə keçirəcəyi yoldaşlıq oyununun başlanma vaxtı və stadion müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, qarşılaşma Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki “The Sevens” stadionunda keçiriləcək. Oyun saat 17:30-da başlayacaq.
