6 fevral 2012 00:05
Yığmamızın hücumçusu darmadağında iştirak edə bilmədi
21 yaşadək futbolçulardan ibarət yığma komandamızın üzvü Cihan Özkaranın çıxış etdiyi “Sivasspor” Türkiyə Superliqasında növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Sivas təmsilçisi “Mersin İdman Yurdu”nun qonağı olub.
Cihanın komandası 5:1 hesablı qələbə qazanıb. “Sivasspor”un heyətində Kivanc Karakaş və Erman Kılıç dubl edib, Yan Raynoç bir qol vurub. “Mersin İdman Yurdu”nun təsəlli qoluna isə Tonya Tisdell imza atıb.
Cihan oyunun iştirakçısı olmayıb. O, 90 dəqiqəni ehtiyat oyunçular skamyasında keçirib.
