6 fevral 2012 00:14

7-ci Antalya səfəri, 50-ci qol

Artıq 7-ci dəfədi təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirən “Qəbələ” hazırlıqlarını başa vuraraq vətənə qayıtdı. Azerisport.az xəbər verir ki, komanda əvvəlcədən planlaşdırıldığı kimi qonşu ölkədə 5 yoxlama matçı keçirdi.
 
Fatih Kavlakın yetirmələri 1-i oyunsonrası penaltilər seriyasında olmaqla 3 qələbə qazanaraq 2 dəfə meydanı məğlubiyyətlə tərk etdi.
 
Klubun tarixinə baxsaq, avrokuboklar və Birlik kubokunda oynamamasına baxmayaraq, “Qəbələ” kifayət qədər beynəlxalq oyun keçirib. Bunlar da əsasən məhz xaricdə baş tutan təlim-məşq toplanışlarında gerçəkləşib. Bir dəfə İngiltərə, digər hallarda elə indiki kimi Antalyaya üz tutan “Qəbələ” bu hazırlıq çərçivəsində 33 beynəlxalq matç keçirib. Həmin toplanışlarda xaricilərlə 33 matçdan başqa “Neftçi” ilə 2 dəfə üz-üzə gəlib. 2009-cu ilin yayındakı matçlarda bakılılar üstün olublar – 1:1 və 0:2.
 
Beynəlxalq oyunlara gəlincə isə Türkiyədəki 28, İngiltərədəki 5 matçla yanaşı Qəbələdə də 2 belə oyun baş tutub. Bunlar ötən yay təşkil olunan “Jalə” kuboku turnirində gerçəkləşib.
 
Komanda ən çox Türkiyə təmsilçiləri ilə görüşüb – 9 dəfə. Bu oyunlarda 5 qələbə, 2 heç-heçə və 2 məğlubiyyət qeydə alınıb. Top fərqi 16:4-dür. İngiltərə toplanışında yerli komandalarla 5 qarşılaşmada isə 3 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət yaşanıb. Top fərqi 8:6-dı.
 
4 dəfə qarşılaşdığı Cənubi Koreya təmsilçiləri isə “Qəbələ” üçün münasib rəqib deyil. 3 dəfə uduzub, 1 dəfə məğlub edilən asiyalılar top fərqində də üstündür – 4:7. Rusiyalılarla 3 matçda isə “Qəbələ” məğlubiyyət görməyib: 1 qələbə və 2 heç-heçə, top fərqi - 4:3. Builki toplanışda 2 Ukrayna klubunu sınağa çəkən komanda bu ölkə təmsilçiləri ilə oyunların sayını da 3-ə çatdırıb. Ukraynalılarla görüşlərdə 1 qələbə və 2 məğlubiyyəti olan qəbələlilər top fərqində geridədir – 4:5.
 
Qəbələ futbolçuları ən azı 3 dəfə görüşdüyü bu 5 ölkə təmsilçilərindən başqa Gürcüstan, İran, Qazaxıstan və Xorvatiyanın hərəsindən 2 komanda ilə üz-üzə gəlib. Sonuncu 2 ölkə ilə 2-ci matç məhz son toplanışa təsadüf edib. Ötən ay sınağa çəkilən “Vitorul Konstanta” isə “Qəbələ” ilə qarşılaşan ilk Rumıniya klubu kimi tarixə düşdü. Komandanın əvvəllər Anqola və Polşadan olan 1 klubla da qarşılaşdığını nəzərə alsaq  “Qəbələ” ümumilikdə 12 ölkə təmsilçiləri ilə 35 oyun keçirib. 
 
Bu matçlarda oyunsonrası penaltilər seriyası da nəzərə alınmaqla 16 qələbəsi olan komanda 6 heç-heçə edib və 13 dəfə uduzub. Top fərqində də üstünlük hiss olunur – 50:38. Bu isə o deməkdir ki, yeni başa çatan toplanışda vurulan son qol beynəlxalq matçlardakı yubiley qoludur. Həmin - əcnəbilərin qapısına vurulan 50-ci topu isə Xorvatiya “Split”inin qapısından Lyubo Baranin keçirib.
 
Beynəlxalq yoldaşlıq oyunları
 
2006, yay, Türkiyə
 
1. Zeytınburnuspor (Türkiyə) - 0:1
2. Qaziantepspor (Türkiyə) - 1:0
3. Karşıyaka (Türkiyə) - 1:2
4. Akçaabat Sebatspor (Türkiyə) - 8:0
 
2008, yay, Türkiyə
 
5. Konyaspor (Türkiyə) - 0:0
6. İstiqlal (İran) - 0:1
7. Adanaspor (Türkiyə) - 1:0
8. Saypa (İran) - 3:1
 
2009, qış, Türkiyə
 
9. Taraz (Qazaxıstan) - 0:1
10. Amkar (Rusiya) - 1:1
11. Arka (Polşa) - 2:1
12. Arsenal (Ukrayna) - 2:3
 
2009, yay, Türkiyə
 
13 Kocaelispor-2 (Türkiyə) - 0:0
14. Kartalspor (Türkiyə) - 3:0
15. Siirt Jetpaspor (Türkiyə) - 2:1
 
2010, qis, Türkiyə
 
16. Tom (Rusiya) - 2:1
17. Baltika (Rusiya) - 1:1
18. Çunnam Draqonz (Cənubi Koreya) - 1:3
19. Rekreativo (Anqola) - 3:0
20. İnçoon Yunayted (Cənubi Koreya) - 0:1
 
2010, qış, Türkiyə
 
21. Yonselo (Cənubi Koreya) - 1:3
22. Qyeonqnam (Cənubi Koreya) - 2:0
23. Lokomotiv (Xorvatiya) - 1:1
 
2011, yay, İngiltərə
 
24. Barnet (İngiltərə) - 0:1
25. Bişops Stortford (İngiltərə) - 0:0
26. Sent-Albans (İngiltərə) - 3:2
27. Hayes Yeading (İngiltərə) - 2:1
28. Luton Taun (İngiltərə) - 3:2
 
2011, yay, Qəbələ
 
29. Dila (Gürcüstan) - 1:3
30. Spartak (Gürcüstan) - 0:1
 
2012, qış Türkiyə
 
31. Atırau (Qazaxıatan) - 1:2
32. Krivbass (Ukrayna) - 1:2
33. Vitorul Konstanta (Rumıniya) - 1:0
34. Obolon (Ukrayna) - 1:0
35. RNK Split (Xorvatiya) – 2:2, pen.4:3
 
(klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.