6 fevral 2012 00:47
Bakının futbolçusu Serbiya çempionatında (FOTO)
Aleksandr Starkovun “Bakı”dan kənarlaşdırdığı Stevan Bates özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, “Bakı”nın sabiq üzvü karyerasını Serbiya çempionatında davam etdirəcək.
Belə ki, 30 yaşlı serb müdafiəçi Belqradın “Rad” klubu ilə anlaşıb. Bates artıq yeni klubu ilə rəsmi müqavilə də imzalayıb.
Qeyd edək ki, Bets “Bakı”ya ilk dəfə 2009-cu ildə transfer olunub və 2009-2010-cu illərdə 30 oyun keçirib. Bir müddət fasilədən sonra yenidən paytaxt klubuna dönən müdafiəçi bu dəfə 28 oyunda forma geyinmək imkanı qazanıb.
“Rad” Bateslə yanaşı Duşko Sakanı da heyətinə qatıb.
