7 fevral 2012 01:36
Sumqayıt AZAL-la oyuna hazırlıqarı davam etdirir (FOTOREPORTAJ)
“Sumqayıt” Futbol Klubunun əvəzedici komandası çempionatın ikinci mərhələsi üçün hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, Vaqif Paşayevin yetirmələri gün ərzində iki dəfə olmaqla Masazır qəsəbəsində yerləşən “Əlincə” stadionunda hazırlaşır.
Baş məşqçi hazırlıqla bağlı klubun rəsmi saytına açıqlama verib: “Hazırlığımız tam sürətlə davam edir. AZAL-la oyun üçün komandanın böyük hissəsi hazırdı. Daha üç yeni futbolçunu heyətimizə qatmışıq. Çempionatın ikinci mərhələsinə uğurla başlamaq istəyirik”.
Xatırladaq ki, “Sumqayıt”ın əvəzedici komandası çempionatın növbəti turu çərçivəsində, fevralın 9-da AZAL-la qarşılaşacaq.
