7 fevral 2012 02:07
Xorvatiya və İspaniya AÇ-nin yarımfinalında!
Xorvatiyada keçirilən futzal üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, ötən gün qitə birinciliyinin 1/4 final mərhələsinin iki oyunu keçirilib.
Meydana öncə Rumıniya və İspaniya yığmaları çıxıblar. İspanlar rəqibini 8 qolla darmadağın edib. Rumınlar bunlardan yalnız üçüncə cavab verə biliblər. Beləcə, İspaniya AÇ-də ilk yarımfinalçı olub.
Günün digər oyununda meydan sahibləri - Xorvatiya Ukrayna ilə üz-üzə gəlib. Bu görüşün əsas vaxtı heç-heçə başa çatıb – 1:1. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. Lakin əlavə 10 dəqiqədə də hesab dəyişməyincə, yarımfinalçı penalti seriyasında məlum olub. Doğma meydan amilindən maksimum yararlanan xorvatlar mərhələ adlayan tərəf olublar.
Futzal
Avropa çempionatı
1/4 final
6 fevral
Rumıniya – İspaniya – 3:8
Xorvatiya – Ukrayna – 1:1 (penaltilərlə 3:1)
1/4 final mərhələsinin digər iki oyunu bu gün keçiriləcək:
7 fevral
Rusiya – Serbiya
İtaliya – Portuqaliya
