7 fevral 2012 14:24
Turan XL-la matça çıxmaq istəmir
“Turan” Peşəkar Futbol Liqasına müraciət etməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, Tovuz klubu Premyer Liqanın 19-cu turunun “Xəzər Lənkəran”la oyununun təxirə salınmasına nail olmaq istəyir.
Məlum olduğu kimi, bu komanda ev oyunlarını keçirdiyi doğma şəhərin stadionu diskvalifikasiya edildiyindən rəqiblərini Şəmkirdə qəbul edir. Lakin hazırda sözügedən arenanın durumu çox pis vəziyyətdədi. Üstəlik hazırkı hava şəraiti də bu arenada oyun keçirməyə imkan vermir. Elə Tovuz stadionu barədə də ürəkaçan vəziyyət yoxdu. Bu üzdən də “Turan” rəhbərliyi böyük ehtimalla bu qarşılaşmanın təxirə salınmasına nail olacaq.
Qeyd edək ki, qeyri-sabit hava şəraiti üzündən ümumiyyətlə 19-cu turun bütün oyunlarının təxirə salınması da gündəmdədi.
