7 fevral 2012 14:40
Dünyanın ən yaxşı qapıçısının adı məlum oldu
Futbol Tarixi və Statistikası Beynəlxalq Federasiyası 2001-2011-ci illərdə çıxış edən ən yaxşı qapıçıların siyahısını dərc edib. Azerisport.az xəbər verir ki, 199 bal toplayan italiyalı qapıçı Canluici Buffon birinci yerin sahibi olub.
İkinci yerdə ispan İker Kasilyas qərarlaşıb. O, Canluici Buffondan 1 bal az toplayıb. Üçüncü yerin sahibi Londonun “Chelsea” klubunun qapısını qoruyan Petr Çexdi.
İlk onluqda müvafiq olaraq Edvin van der Sar (Hollandiya), Oliver Kan (Almaniya), Dida (Braziliya), Viktor Valdes (İspaniya), Julio Sezar (Braziliya), Yens Lemann (Almaniya) və Roberto Abbondanseri (Argentina) yer alıblar.
