7 fevral 2012 15:06
Azərbaycanda top qovan futbolçu ABŞ klubunda?
Yunanıstan mətbuatı maraqlı və bir o qədər də qəribə bir məlumat yayıb. Azerisport.az xəbər verir ki, sözügedən ölkə KİV-i “Abşeron” və “Rəvan”ın “sabiq oyunçusu” Marçello Saraqosanın Amerikanın “DS Yunayted” klubuna transfer olunduğunu yazıb.
Halbuki, belə bir futbolçu nə “Abşeron”da, nə də “Rəvan”da çıxış edib. Ümumiyyətlə, Azərbaycan klublarında bu adda bir futbolçuya rast gəlinməyib. Amma yunanlar braziliyalı yarımmüdafiəçinin 2010-11 mövsümünün ilk yarısını “Abşeron”da, qalan hissəsini isə “Rəvan”da keçirdiyini iddia edirlər.
