7 fevral 2012 16:09
Qarabağın yeni oyunçusu iddialı danışdı (FOTO)
Xəbər verdiyimiz kimi, “Qarabağ” qış fasiləsi dönəmində 3-cü transferini rəsmiləşdirdi. Azerisport.az xəbər verir ki, Vaqif Cavadov, Eltun Yaqublunun ardınca Makedoniya millisinin pleymeykeri Muarem Muarem də bundan sonra Ağdam klubunda çıxış edəcək.
O, ölkəsinin “Rabotniçki” klubundan transfer edilib. 23 yaşlı futbolçuyla 3,5 illik müqavilə bağlanılıb. Türkəsilli Makedoniya vətəndaşı ölkəsinin bütün aşağı yaş qruplarının formasını geyindikdən sonra hazırda əsas millisinin heyətində müntəzəm olaraq meydana çıxır. Muarrem müqavilə imzaladıqdan sonra klubun saytına danışıb:
“Qarabağ” kimi böyük camiəyə gəldiyimə görə çox məmnunam. Bu komandadan təklif gələndə düşünmədən razılıq verdim. Biliriəm ki, “Qarabağ” Azərbaycanın ən böyük komandasından biridi. Makedoniya futbolunun əfsanələrindən Artim Şakiri bu klubda oynayıb. Avrokuboklarda uğurlu çıxışından da xəbərim var. 2 il bundan öncə `Qarabağ` Avropa Liqasında “Metallurg”la qarşılaşanda ölkəmdəki oyunu stadionda izləmişdim. O zaman olduqca texnikalı, baxımlı futbol oynayan komanda olduğu bilinirdi. Mən də belə oyun üslubunu sevirəm. “Qarabağ”da hədəfim ilk növbədə çempion olmaqdı. Bilirəm ki, uzun müddətdi çempion ola bilmirik. Deyirlər ki, ayağım yüngüldü (gülür). “Orduspor”da uzun müddət superliqaya həsrət qalmışdı. Bu sindroma son qoya bildik. “Qarabağ”ın futbolçularından Nedzipi və Pavloviçi öncədən tanıyırdım. Bilirəm ki, yeni komandamda çoxlu milli üzvü var. Göründüyü kimi yüksək səviyyəli komandamız var. İnşallah, “Qarabağ”ın uğur qazanması üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. Azarkeşlərimiz bilsin ki, meydanda “Qarabağ”ın qazanması üçün çalışan Muarem görəcəklər”.
