7 fevral 2012 15:22
Araz Abdullayev oynadı, Panioios qələbə qazandı
Yunanıstanın “Panionios” klubu yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin şərəfini qoruduğu Afina təmsilçisi aşağı liqa təmsilçisi “Etnikos Asteras”la qarşılaşıb.
Görüş “Panionios”un 4:3 hesablı qələbəsiylə başa çatıb. Araz da bu oyunda əsas heyətdə meydana çıxıb.
Qeyd edək ki, həmyerlimiz komandasının son rəsmi oyunlarında meydana çıxmır. Elə komandanın məşqçilər korpusu bu sınaq matçında da məhz son oyunlarda forma geyə bilməyən futbolçulara şans veriblər.
