7 fevral 2012 17:05
Neftçi hazırlığını bərpa etdi (FOTOLAR)
Antalya təlimlərindən sonra 2 günlük istirahətə buraxılmış "Neftçi" futbolçuları bu gündən etibarən məşqləri bərpa ediblər. Azerisport.az xəbər verir ki, şaxtalı hava şəraitində baş tutmuş hazırlıqda əsas heyətin bütün futbolçuları yer alıb. Qeyd edək ki, "Neftçi" həftə sonu Premyer Liqanın 19-cu turu çərçivəsində növbəti oyununu keçirəcək. “Flaqman” səfərdə "Bakı" klubu ilə qarşılaşacaq.
