7 fevral 2012 17:36

Hacı Hacıyev: Siz heç də düz yolla getmirsiz

Rusiyalı futbol mütəxəssisi Hacı Hacıyev azerisport.az saytına müsahibəsində vaxtilə onun rəhbərliyi altında “Anji”də oynamış Mahir Şükürovdan, birgə çalışdığı Vaqif Sadıqovdan, eləcə də Azərbaycan futbolundan danışıb. O, Antalyada keçirilən “Neftçi” – “Terek” oyunundan sonra verdiyimiz ilk sualı cavablandırmaq istəmədi.
 
- Öncə Mahir Şükürovdan danışaq: o, sizin vaxtınızda niyə “Anji”də özünü göstərə bilmədi?
- Gəlin Mahir Şükürovdan danışmayaq. Bizim daha vacib məsələlərimiz var. Məni düz başa düşün. Mahir “Anji”də pis oynamırdı. Amma sonradan çox şey dəyişdi: həm o, həm də mən komandadan ayrılmalı olduq.
 
- Sizin gedişinizdən sonra həmçinin özünüzə köməkçi apardığınız Vaqif Sadıqov da Mahaçqala klubundan ayrılmalı oldu…
- Bundan da xəbərim var. Yeni baş məşqçi gəldiyi üçün, Sadıqov da ordan ayrıldı. O, çox yaxşı mütəxəssisdi, müasirdi, ünsiyyətcildi. Fikrimcə, belə mütəxəssislər Azərbaycan futboluna lazımdı.
 
- Sizcə, bizim futbolçular niyə Rusiyada özlərini göstərə bilmirlər? Çünki Mahirin ardınca Vaqif Cavadov da “Volqa”dan ayrıldı…
- Bunu mən özüm də bilmirəm. Çoxlu amillər var. Komandadakı yerini itirməməyə çalışmaq, çoxlu məşq etmək lazımdı. Mən deməzdim ki, sizinkilərin Rusiyadakı karyerası alınmır. Bizim klublara baxın: hamısında müxtəlif ölkələrdən olan çoxlu legionerlər var. Belə bir rəqabət içində özünə yer etmək üçün çoxlu işləməlisən.
 
- Yeri gəlmişkən, Sadıqovdan öncə Şahin Diniyev də “Terek”də çalışmışdı. Amma onların hər ikisi indi işsizdi…
- Maraqlıdı, niyə Sadıqovla Diniyev ölkədə özlərinə iş tapa bilmirlər? Belə mütəxəssislər işsiz qalmamalıdırlar. Başa düşürəm ki, futbolunuz inkişaf edir. Mənə elə gəlir ki, siz heç də düz yolla getmirsiz. Sizin ən güclü klublarınızın büdcəsi nə qədərdi?
 
- Təxmini informasiyalara görə, 15-20 milyon dollar…
- Rusiyada belə büdcəyə malik klublar ortabablardan hesab olunur. Şübhəsiz ki, bu məbləğ avrokuboklarda uğur qazanmaq üçün yetərli deyil. Əgər belədisə, deməli, gənc futbolçuların yetişdirilməsinə ehtiyac var. Bu yol sizin futbolunuza fayda verə bilər. Nəinki indiki kimi legionerlərə ümid bəsləməklə. Bu sözləri eyni zamanda yerli məşqçilərə də aid etmək olar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.