7 fevral 2012 17:50
Azərbaycan İran, Çin və Gürcüstanla eyni qrupda
Aprelin 27-dən mayın 3-dək Qazaxıstanın Almatı şəhərində 1996-cı il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandalar arasında keçiriləcək V Beynəlxalq “Prezident kuboku”nun təqvimi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, turnirdə səkkiz komanda 2 qrupda mübarizə aparacaq. Turnirdə qüvvəsini sınayacaq Azərbaycan millisi B qrupunda Çin, İran və Gürcüstanla mübarizə aparmalı olacaq.
A qrupu
Qazaxıstan
Macarıstan
Türkmənistan
Ermənistan
B qrupu
Çin
Azərbaycan
İran
Gürcüstan
28 aprel
09:00. Çin – İran
11:00. Azərbaycan – Gürcüstan
13:00. Macarıstan – Ermənistan
17:30. Açılış mərasimi
18:00. Qazaxıstan – Türkmənistan
29 aprel
09:00. Çin – Azərbaycan
12:00. İran – Gürcüstan
15:00. Ermənistan – Türkmənistan
18:00. Qazaxıstan – Macarıstan
1 may
09:00. Gürcüstan – Çin
12:00. Azərbaycan – İran
15:00. Macarıstan – Türkmənistan
18:00. Qazaxıstan – Ermənistan
2 may
09:00. 7-ci yer uğrunda oyun
11:00. 5-ci yer uğrunda oyun
13:00. 3-cü yer uğrunda oyun
18:00. Final
19:50. Mükafatlandırma mərasimi
Xatırladaq ki, 2011-ci ildə keçirilmiş «Prezident kuboku»nun qalibi 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması olub.
