7 fevral 2012 11:09
Kazbek Tuayev: Onlar futbolumuza heç nə veyməyib
AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev azerisport.az saytına müsahibəsində legioner limitindən, Vaqif Cavadovun çempionatımıza qayıdışından, eləcə də “Turan”dan danışıb.
- İcraiyyə Komitəsi legioner limitinə baxmağa hazırlaşır. Sizin fikriniz maraqlıdı...
- Ürəkdən “7+4”-ə səs verəcəm. Futbolçularımıza daha çox şans vermək lazımdı. Əgər oyunçu oynamırsa, necə təcrübə qazana bilər? Buna görə də mən yeni limitlə razıyam. Fikrimcə, İK-nın bütün üzvləri “7+4”-ə razılaşacaq. Gələcəkdə limiti Avropadakı kimi etmək istəyirik. FİFA prezidenti Yozeff Blatter də bildirir ki, limit “6+5” olmalıdı. UEFA prezidenti Mişel Platini də bununla razıdı. Azərbaycanda da belə olmasını istəyirik.
- Sizcə, bu, futbolçularımıza nə dərəcədə kömək edəcək?
- Siz mənə deyin görüm 8 legioner bizə nə verirdi? Məgər çempionatımızda nəsə dəyişdi? Bəlkə səviyyə qalxıb. Yox! Stadionlara azarkeş də gəlmir. Yığmanın nəticələri sevindirici deyil. Amma limit 5 və ya 6 olsa, səviyyə də qalxar. Yerli futbolçular daha çox meydana çıxmaq şansı qazanar. Futbolumuzun gələcəyi yerli oyunçulardan asılıdı. Legionerlər bizə heç nə verməyəcəklər. Çünki Azərbaycana normal legionerlər gəlmirlər.

- Axı artıq bizdə Uinston Parks, Flavinyo kimi futbolçular çıxış edirlər...
- Bizə ortabab oyunçular gəlir. Parks, Levin, Flavinyo və başqaları bizim futbolumuza heç nə verməyib. Mənim üçün ən yaxşı futbolçular “Qarabağ”dadı. Görün Qurban Qurbanov orda necə güclü komanda yaradıb. Deməli, istəyəndə etmək olur. Şəxsən mənə xoş deyil ki, klublarımız bütünlüklə legionerlərə şans verirlər.
- Amma bir məqam da var ki, limit 7 olsa, yerli futbolçuların qiyməti də süni olaraq qalxacaq...
- Jurnalistlərdən xahişim odu ki, düzgün qiymət versinlər. Bizim mətbuat legionerlərdən çox yazır. Öz futbolçularımıza, məşqçilərimizə görə həyacan keçirin. Qurbanı, Nazimi digər mütəxəssislərimizi dəstəkləyin. Futbolçularımıza daha çox diqqət göstərmək lazımdı. Hər futbolçu real qiymətini almalıdı. Pul məsələsinə gəlincə, bunu klublar özləri düşünməlidi.
- İK-nın iclasında “Turan”ın da məsələsinə baxılacaq...
- Mən özümü tovuzlu sayıram. Həmişə bu komandaya kömək etməyə hazıram. Amma onlar da cəzasız qala bilməzlər. Tovuzda baş verənlər cəzasız qala bilməz. Mənim bu komandaya simpatiyam var. Lakin günahkarlar varsa, cəzalarını almalıdılar. “Turan”ın çempionatdan çıxarılmasına gəlincə, bu, olmayacaq. Rövnəq Abdullayev başda olmaqla heç kim buna səs verməz. “Turan” çempionatda qalacaq.
- Vaqif Cavadovun “Volqa”nı tərk etməsini necə qarşıladınız?
- Vaqif istedadlı futbolçudu. Mən onu hər şeydə dəstəkləmişəm. O, istənilən klubda özünə yer etməyi bacaran oyunçudu. Düzü, “Volqa”nın qərarını başa düşə bilmədim. Amma Vaqif “Qarabağ”da yenidən özündən söz etdirməyi, futbolumuzun inkişafına töhvə verməyi bacaracaq.

- Amma Berti Foqts hələ də onun adını eşitmək istəmədiyini deyir...
- Berti Foqts alicənab insandı, inanmıram ki, o, belə desin. Əgər hətta elə də olsa, bu məsələ müzakirə olunmalıdı. Məsələn, mən də Foqtsun adını eşitmək istəmirəm, amma lazımdı. Cavadov əla futbolçudu. Azərbaycan yığması belə futbolçunun xidmətindən mütləq yararlanmalıdı. Ələkbər Məmmədovla mən İK-nın iclasına sözümüzü deyəcəyik. Cavadov yığmaya qaytarılmalıdı.