8 fevral 2012 13:01

PFL bütün turnirləri təxirə saldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 19-cu turun bütün oyunları təxirə salınıb. Azerisport.az xəbər verir ki, artıq Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bu barədə müvafiq əmr də imzalayıb.
 
Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, buna səbəb əlverişsiz hava şəraitidi.
 
Qeyd edək ki, 19-cu tura fevralın 10-da 2 görüşlə start verilməli, daha 4 matç isə ertəsi gün keçirilməli idi. İlk oyun günündə AZAL (Bakı) – “Sumqayıt” və “Qarabağ” (Ağdam) – “Simurq” (Zaqatala), ertəsi gün isə “Turan” (Tovuz) – “Xəzər Lənkəran”, “Kəpəz” (Gəncə) – “Qəbələ”, “İnter” (Bakı) – “Rəvan” (Bakı) və “Bakı” – “Neftçi” (Bakı) matçları nəzərdə tutulmuşdu. Lakin bu oyunlardan heç biri baş tutmayacaq.
 
Təxirəsalma yalnız Premyer Liqaya aid deyil. Belə ki, PFL Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk və cavab oyunlarının,  həmçinin birinci divizionun 16-cı turunun da təxirə salınmasına qərar verib.
 
Bununla bağlı müvafiq qərarda bildirilir:
 
Premyer Liqanın 19-cu turunun bütün görüşləri 10-11 fevral 2012-ci il tarixindən 7 mart 2012-ci il tarixinə keçirilsin.
 
Azərbaycan kubokunun 1/4 final ilk oyunları 7-8 mart 2012-ci il tarixindən 13-14 mart 2012-ci il tarixinə keçirilsin.
 
Azərbaycan kubokunun 1/4 final cavab oyunları 13-14 mart 2012-ci il tarixindən 28-29 mart 2012-ci il tarixinə keçirilsin.
 
Birinci divizionun 16-cı turunun bütün görüşləri 11-12 fevral 2012-ci il tarixindən 28-29 mart 2012-ci il tarixinə keçirilsin.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.