8 fevral 2012 13:16

Qarabağ və Ansi Aqollidən təkzib

Dünən axşam raddələrində Ukrayna mətbuatında “Qarabağ”ın futbolçusu Ansi Aqollinin komandanın düşərgəsini tərk edərək Ukraynanın “Krivbass” klubuyla müqavilə bağladığı xəbəri yayıldı. Azerisport.az xəbər verir ki, bu gün Ağdam klubu rəsmi məlumat yayaraq, bu xəbərləri təkzib edib:

“Rəsmi olaraq bildiririk ki, bu xəbərin heç bir hüquqi əsası yoxdu. Ansi Aqollinin “Qarabağ”la mövsümün sonuna qədər müqaviləsi var. O, hazırda “Qarabağ”ın heyətində Premyer Liqanın hazırlıqlarında iştirak edir”.
 
Müdafiəçi klubun saytına verdiyi açıqlamada bu barədə belə danışıb: “Bu xəbər mənim üçün də maraqlıdı ki, necə meydana çıxıb? “Qarabağ”ı atıb hara getmişəm? İndicə yatırdım. Məni yuxudan oyatdınız. Gördüyünüz kimi Bakıda, “Qarabağ”ın düşərgəsindəyəm. Belə şayiələrə fikir vermirəm. Ötən qış “Qarabağ”la il yarımlıq müqavilə bağlamışam. Sazişin sonuna hələ 6 ay var. Mən hələ uzun illər “Qarabağ”ın formasını daşımaq istəyirəm. Ukraynadan heç kim mənimlə əlaqə saxlmadığı halda belə əsassız olay meydana çıxıb”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.