9 fevral 2012 01:25
Almaniya kubokunda bütün yarımfinalçılar müəyyənləşdi (YENİLƏNİB)
Futbol üzrə Almaniya kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Səfərdə aşağı liqa təmsilçisi “Holstein Kiel” ilə qarşılaşan son ölkə çempionu “Borussia” inamlı qələbəyə sevinib. Beləcə, Dortmund klubu ilk yarımfinalçı olub.
Digər yarımfinalçılar isə son oyun günündə müəyyənləşiblər. “Hertha” evdə Münhenqladbax “Borussia”sına, “Hoffenheim” aşağı liqa təmsilçisi “Greuther Furth” klubuna, “Stuttgart” isə “Bayern”ə məğlub olub. Beləcə, bu mərhələdə səfərdə çıxış edən klublar yarımfinala yüksələn tərəf olublar.
Almaniya kuboku
1/4 final
7 fevral
Holstein Kiel - Borussia (Dortmund) – 0:4
8 fevral
Hertha – Borussia (Münhenqladbax) - 0:2
Hoffenheim - Greuther Furth - 0:1
Stuttgart – Bayern - 0:2
