9 fevral 2012 11:30
İngiltərə Kuboku: Daha üç xoşbəxtin adı müəyyənləşdi (YENİLƏNİB)
Futbol üzrə İngiltərə Federasiya Kubokunda 4-cü mərhələnin son oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bir oyundan ibarət bu mərhələnin oyunları əslində yanvarın sonunda keçirilmişdi.
Lakin qaydaya əsasən, ilk oyunda qalibi müəyyənləşdirməyənlər təkrar oyunda növbəti mərhələyə vəsiqənin sahibini müəyyənləşdirməliydilər. Bu mərhələdə baş tutan 16 oyun içində üçünün qalibi müəyyənləşməmiş qalmışdı. Bu üzdən də həmin komandalar bu həftə yenidən üz-üzə gəliblər.
İlk oyun günündə “Sheffield W” “Blackpool”la qarşılaşıb. İlk oyunda 1:1 hesablı bərabərliyə razı olmuş “Blackpool” evdə bacarmadağını səfərdə reallaşdıra bilib. Özü də 3 cavabsız qolla!
“Southampton” ilə “Millwall” də ilk oyunda hərəyə bir qol vurmuşdu. Gözləmək olardı ki, bu dəfə “Southampton” meydan amilindən yararlanıb, qələbə qazansın. Lakin “Millwall” böyük əzmkarlıq göstərərək, mərhələ adlamağı bacarıb.
Bir həftə öncə meydandan 1:1 hesablı bərabərliklə ayrılmış “Sunderland” ilə “Middlesbrough”nun duelində isə bu dəfə sanderlendlilər gülən tərəf olublar.
Maraq üçün xatırladaq ki, artıq “Tottenham”, “Everton”, "Liverpool", "Chelsea", "Bolton", "Stoke City", "Crawley", "Leicester", "Birmingham", "Stevenage", "Norwich", "Brighton & Hove" və “Arsenal” artıq növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib.
İngiltərə Federasiya Kuboku
4-cü mərhələ (təkrar oyunlar)
7 fevral
Sheffield W – Blackpool – 0:3 (ilk oyun 1:1)
Southampton – Millwall – 2:3 (1:1)
8 fevral
Middlesbrough – Sunderland - 1:2 (1:1)
