8 fevral 2012 14:00
Superliqa klubunun avtobusu qatarla toqquşdu (VİDEO)
Türkiyənin “Samsunspor” klubu xoşagəlməz olayla üzləşib. Azerisport.az xəbər verir ki, Superliqanın 25-ci turunun “Karabükspor”la səfər matçından (1:2) qayıdarkən komandanın avtobusu qatarla toqquşub. Lakin xoşbəxtlikdən Samsun təmsilçisi qəzadan itkisiz ayrılıb. Belə ki, qəza zamanı sadəcə 2 futbolçu xəsarət alıb. Həmin qəza anını təqdim edirik.
