8 fevral 2012 20:52
Millimiz Rusiya klubu ilə dueldən qalib ayrıldı (YENİLƏNİB)
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası bu gün Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş “Grand-Prix Winter OBSL 2012” beynəlxalq turnirində ilk oyununu keçirib. Azerisportaz xəbər verir ki, millimiz Rusiyanın “Podvodnik” komandası ilə qarşılaşıb.
Görüş yığmamızın qələbəsiylə başa çatıb. Belə ki, komandamız 4:1 hesabı ilə qalib gəlib.
Beynəlxalq turnir
8 fevral
Azərbaycan - Podvodnik - 4:1
Qollar: Elvin Quliyev, Emin Kürdov, Vladimir Poqorelov (avtoqol), Zeynal Zeynalov.
Yığmamız bu görüşə aşağıdakı heyətlə çıxdı: Əbdül Əliyev, Ramil Əliyev, Hikmət Bağırov, Comərd Baxşəliyev, Elçin Qasımov, Elvin Quliyev, Əli Hüseynov, Elşən Hüseynov, Zeynal Zeynalov, Namiq İsgəndərov, Emin Kürdov, Nahid Mehrəliyev.
Baş məşqçi: Bəhram Hətəmov.
