8 fevral 2012 14:27
İnter də planlarını dəyişməli oldu
Bakı şəhərində hökm sürən əlverişsiz hava şəraiti "İnter" komandasının da planlarında dəyişikliyə səbəb olub. Azerisport.az xəbər verir ki, komanda bu gün saat 14:00-da "Şəfa" stadionunda məşq etməyi planlaşdırmışdı.
Lakin əlverişsiz hava şəraiti "İnter"i "Şəfa" stadionunda yox, qapalı zalda məşq etməyə məcbur edib. Komandanın bugünkü məşqi saat 18:00-da baş tutacaq.
