8 fevral 2012 14:40
Xəzər Lənkəranda yeni futbolçu (FOTO)
“Xəzər Lənkəran” Futbol Klubu daha bir futbolçunun keçidini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi Roberto Alviz bu gün klubla 2 illik müqavilə imzalayıb.
27 yaşlı futbolçu buna qədər ölkəsinin “Sibenik” və “Medjimurye”, Avstriyanın “Holeneg” və “Liezen”, həmçinin Albaniyanın “Flamurtari” və “Kastrioti” klublarında çıxış edib.
Alvizin son iş yeri isə Kipr çempionatında mübarizə aparan “Anagennisi Deriniya” klubu olub. Hazırkı mövsümün ilk yarısını o klubun heyətində keçirən futbolçu 16 oyunda meydana çıxıb və 3 dəfə fərqlənməyi bacarıb.
Həmçinin ötən həftə kluba keçidi razılışdırılan müdafiəçi Radomir Todorov da “Xəzər Lənkəran”la 2 il müddətinə müqaviləyə imza atıb.
