8 fevral 2012 15:15

Ansi Aqolli: Mən heç bir yerə getməyə hazırlaşmıram

“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli azerisport.az saytına müsahibəsində Ukraynanın “Krivbass” klubuna keçidinə dair yayılan şayiələrə münasibətini açıqlayıb. Albaniya millisinin arxa xətt oyunçusu öncə bunları dilə gətirib:

“Bu informasiya həqiqəti əks etdirmir. Hazırda mənim “Qarabağ”la müqaviləm var və heç bir yerə getməyə hazırlaşmıram. Bu xəbərləri kim və nə üçün yayıb, bilmirəm. Amma bütün bunlar hamısı uydurmadı”.
 
Aqollinin sözlərinə görə, bu xəbər onu xeyli təəccübləndirib: “Düzünü deyim ki, bu xəbərdən çox təəccübləndim. Çünki mən müqavilə ilə “Qarabağ”a bağlıyam. Heç belə olmasaydı da, mən Ağdam klubundan ayrılmaq, harasa getmək haqda düşünmürəm”.
 
Fürsətdən istifadə edib, Ansidən komandasının Türkiyə toplanışını dəyərləndirməsini də istədik: “Hesab edirəm ki, toplanışımız çox yaxşı keçdi. Premyer Liqanın qalan dövrünə yaxşıca hazırlaşa bildik. Məlum olduğu kimi, bir neçə sınaq matçı da keçirdik. Əvvəlcə tam hazır deyildik. Vaxta ehtiyacımız vardı. Ona görə də ilk oyunlarımızda heç də hər şey alınmırdı. Amma zamanla forma yığdıq və daha yaxşı oynamağa başladıq. Son iki qarşılaşmada da qələbə qazandıq. İstənilən halda bu oyunlarda nəticə önəmli deyildi. Bizim qarşımızda yaxşı hazırlaşmaq vəzifəsi dururdu”.
 
Toplanış zamanı “Qarabağ” baxışa çoxlu futbolçu çağırsa da, onların heç birini bəyənmədi. Aqolli isə burda ciddi heç nə olmadığını deyir: “Məncə, bu, normaldı. Toplanışlarda daim çoxlu oyunçular gəlib-gedirlər. Görünür, həmin uşaqlar məşqçilərimizin xoşuna gəlməyiblər. Ona görə də bunda təəccüblü heç nə olmadığını düşünürəm”.
 
Komandanın yeni transferi Muarem Muarem haqda danışan Ansi bunları söyləyib: “Mən bu futbolçu barədə yaxşı sözlər eşitmişəm. O, gəncdi, istedadlıdı. Amma hələ dəqiq heç nə demək olmaz. Çünki mən heç onun necə oynadığını görməmişəm. Muarem Nedzipidən sonra komandamızdakı ikinci makedoniyalı futbolçu olacaq. Amma heç o da Muaremi canlı görməyib. Ümid edirik ki, yaxşı oyunçu olacaq”.
 
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.