8 fevral 2012 15:41
Federasiya prezidenti istefa verdi
Finlandiya Futbol Assosiasiyasının prezidenti Sauli Niyniste istefa verib. Azerisport.az xəbər verir ki, buna onun ölkə prezidenti seçilməsi səbəb olub.
2009-cu ildən futbol qurumuna rəhbərlik edən Niyniste martın 1-dən yeni vəzifəsinin icrasına başlayacaq. Əvvəllər Nazirlər Kabinetinin üzvü, Finlandiya parlamentinin spikeri Niynisteni əvəzləyəcək şəxsin adına isə qurumun növbəti baş assambleyasında aydınlıq gələcək. Həmin vaxta qədər federasiya prezidenti vəzifəsini Markko Lextola icra edəcək.
