8 fevral 2012 16:05
AFFA-dan növbəti təşəbbüs (FOTO)
Ölkəmizdə keçirilən müxtəlif çempionatlarda iştirak edən hakimlərin nəzəri biliklərinin artırılması məqsədilə FİFA-nın 2011/2012-ci il mövsümü üçün Futbol Oyun Qaydaları AFFA tərəfindən Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, FİFA-nın Futbol Oyun Qaydaları ilk dəfə ötən il Azərbaycan dilinə tərcümə edilmiş və AFFA tərəfindən nəşr olunaraq, hakimlərə, hakim-inspektorlara, Premyer Liqa və birinci divizion klublarına verilmişdi.
